15 C
Baku
Tuesday, May 14, 2024

KİV: Şimali Koreya ballistik raketlər atıb

KXDR yüksək ehtimalla qitələrarası ola biləcək bir uzaqmənzilli ballistik raket və Yaponiya dənizinə doğru iki qısa mənzilli raket buraxıb.

Bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

“Şimali Koreyanın bir uzaqmənzilli ballistik raketi və iki qısamənzilli raketi qeydə alınıb”, – deyə bəyanatda bilirilib.

Cənubi Koreya ordusunun məlumatına görə, təxminən saat 07:40 (Bakı vaxtı ilə 02:40) Pxenyanın Sunan bölgəsindən Yapon dənizinə doğru uzaqmənzilli ballistik raket buraxılıb.

Hərbçilərin sözlərinə görə, uçuş zamanı mühərrik və döyüş başlığı ayrıldığı üçün onun qitələrarası raket olması ehtimalı yüksəkdir.

Bir saat sonra isə Pyonqannam əyalətindən Yapon dənizinə doğru təxmin edilən iki qısa mənzilli ballistik raket atılıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər