7 C
Baku
Thursday, December 12, 2024

KİV: Şimali Koreya lideri sənədlərlə işini davam etdirir

KXDR Dövlət Şurasının sədri Kim Çen In sənədlərlə işləməyə davam edir. O, Vonsan-Kalmanın şərq sahilindəki turizm zonasının inşaatçılarına təşəkkür məktubu göndərib.

“TASS” xəbər verir ki, bu barədə Şimali Koreyanın mərkəzi qəzeti “Nodon Sinmun” məlumat yayıb.

“Hörmətli ali rəhbər yoldaş Kim Çen In Vonsan-Kalma sahil turizm bölgəsinin inşasında yaxından iştirak edən işçilərə təşəkkür etdi”, – deyə məqalədə bildirilir.

Bununla yanaşı, KXDR liderinin təşəkkür məktubunu göndərdiyi tarix açıqlanmayıb. “Nodon Sinmun”, həmçinin Kim Çen Inın yeni fotolarını da yayımlamayıb.

©APA

Son xəbərlər
Digər xəbərlər