19:43 – ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparır.
Bu barədə ABŞ Prezidenti özünün sosial media hesabında bildirib.
“Söhbət davam edir, uzun söhbətdir. Onun məzmunu barədə mən də, Prezident Putin də danışıqlar başa çatdıqdan sonra məlumat verəcək” – deyə Donald Tramp vurğulayıb.
19:42 – Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp bu gün telefon danışığı aparacaq.
Bu barədə “Axios” nəşri məlumat yayıb.
Bildirilib ki, Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən əvvəl Putinlə danışacaq.
Qeyd edək ki, Tramp sabah Ağ Evdə Zelenski ilə görüşəcək.