ABŞ prezidenti Donald Trampın nümayəndələri Ukrayna prezidenti Vladimir Zelenskiyə Vaşinqtonun Ukrayna münaqişəsinin həlli üçün təklif etdiyi sülh planına cavab vermək üçün bir neçə gün vaxt veriblər.
Bu barədə “Financial Times” qəzeti adı çəkilməyən rəsmilərə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Zelenski Avropa liderlərinə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşnerin 6 sentyabrda telefon danışığı zamanı ona tez bir qərar verməsi üçün təzyiq göstərdiklərini bildirib.







