Türkiyə ilə Qətər Əfqanıstanın paytaxtı Kabil şəhərindəki beynəlxalq hava limanını birgə idarə edəcək.
Diplomatik mənbə aeroportun idarə olunması barədə müqavilənin dekabrın 7-də xarici işlər naziri Mövlud Çavuşoğlunun Qətərə səfəri zamanı Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 7-ci iclasında imzalandığını bildirib.