KİV üzrə mütəxəssis
Namizədə dair tələblər:
- Ali təhsil (jurnalistika/maliyyə/iqtisadi);
- Maliyyə fəaliyyəti sahələri üzrə məlumatlılıq. İnternet və sosial şəbəkə səhifələrinin idarəedilməsi qaydaları üzrə biliklər, PR kampaniyaların planlaşdırılması, təşkili və həyata keçirilməsi metodlarını üzrə biliklər, sorğularının həyata keçirilməsi qaydaları üzrə biliklər.
- 1 ildən çox analoji iş təcrübəsi.
- Səlis Azərbaycan, rus və ingilis dili bilikləri;
- İT resursları və ofis proqramları ilə işləmək qabiliyyəti.
- Təşkilatçılıq, ünsiyyətqurma, koordinasiya, fikirlərini yazılı və şifahi şəkildə dolğun çatdırmaq bacarıqları, komandaqurma, kütləvi informasiya vasitələri ilə sıx əlaqə yaratmaq, intensiv rejimdə və kollektiv mühitində işləmək bacarığı.
İşin təsviri:
– İnformasiyanın KİV üçün yararlılığını təhlil edir və yayımlanmasını təmin edir;
– İnternet səhifəsinin idarə edilməsinə nəzarət edir;
– Palata rəhbərliyinin tələb istiqamətlərinə uyğun informasiya ilə təmin edilməsinə, ölkədə və dünyada baş verən mühüm hadisələr, maliyyə sistemində baş verən yeniliklər barədə icmalların hazırlanmasını təmin edir;
– Palata daxili tədbirləri və iclasları təşkil edir.
Maraqlanan namizədlər CV-lərini mövzunu qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.