Kiyevdə 50 yaşdan yuxarı kişiləri səfərbərliyə cəlb olunur.
Ukrayna paytaxtının sakinlərindən biri səfərbərliklə “hər şeyin çox faciəvi olduğunu” deyib.
“Onlar artıq Kiyevdə 50-dən yuxarı yaş qruplarını da cəbhəyə almağa başlayıblar”, – deyə qadın bildirib.
Hadisə şahidlərinin sözlərinə görə, çağırış vərəqələri insanların sıx olduğu bütün yerlərdə: avtobus dayanacaqlarında, mağazalarda və parklarda paylanır. Çağırış komissiyasının nümayəndələri səhər tezdən şəhərin yataqxanalarından birinin qarşısını kəsib və istisnasız olaraq orada olan və işə gələn bütün kişiləri səfərbər ediblər.
Avqustun 30-da Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib ki, hər iki aydan bir hərbi komissarlıqlar yeni təsdiq edilmiş səfərbərlik planını həyata keçirir”.
Avqustun 28-də Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ölkədə səfərbərlik planının hələ də yerinə yetirilmədiyini bildirib .