Kiyev-Jitomir körpüsü partladıldı

Ukraynada Kiyev-Jitomir avtomobil yolunda körpü partladılıb.

Hadisə Stoyanka kəndi yaxınlığında baş verib.

Körpünün partladılması nəticəsində Kiyev və Jitomir şəhərləri arasında yerləşən bu körpü ilə hərəkət etmək qeyri-mümkün olub. Hadisənin detalları hələlik açıqlanmır.

Xatırladaq ki, Ukrayna hərbçiləri Rusiya Silahlı Qüvvələrinin irəliləməsinə mane olmaq və onların qarşısını almaq məqsədilə körpüləri partladırlar.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər