Rusiya hərbçiləri Kiyev vilayətində “Coca-Cola” zavodunu atəşə tutub.
Nəticədə zavodun arxa hissəsi qismən dağılıb, avadanlıqlar sıradan çıxıb.
Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko Teleqramda məlumat verib.
“Bolşaya Dımerka yaxınlığında “Coca-Cola” zavodu atəşə tutulub. Kogenerasiya qurğusu zədələnib”, – məlumatda deyilir.
Ölən və yaralananlar barədə məlumat yoxdur.