7 C
Baku
Sunday, December 15, 2024

Kiyev yenidən raket və kamikadze dronlarının hücumuna məruz qalıb, dağıntılar qeydə alınıb

Oktyabrın 18-də səhər saatlarında Ukraynanın paytaxtı Kiyev şəhəri yenidən raket və kamikadze dronların hücumuna məruz qalıb.

Kiyevin bəzi strateji infrastruktur obyektlərinə, o cümlədən enerji təsərrüfatına ciddi ziyan dəyib, şəhərin bəzi yerlərinə elektrik enerjisinin verilişi dayandırılıb.

Partlayışlar zaman ölən və yaralananların olduğu dəqiqləşdirilir.

Qeyd edək ki, bu gün səhər Ukraynanın Jitomir, Dnepr, Xarkov və digər böyük şəhərlərində də enerji infrastrukturlarına raket və kamikadze dronların hücumları nəticəsində ciddi ziyan dəyib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər