Ukraynanın paytaxtı Kiyevdə hazırda restoranlar, banklar, valyutadəyişmə məntəqələri bağlıdır.
Hazırda ərzaq mağazalarında uzun növbələr yaranıb.
Növbələrin yaranmasının səbəbi kimi mümkün təxribatların qarşısının alınması üçün kütləvi halda insanların mağazalara buraxılmaması göstərilir.
Ərzaq qıtlığı hələlik müşahidə olunmur. Apteklərin də əksəriyyəti hazırda bağlıdır.