12 C
Baku
Thursday, March 28, 2024

Kiyevdə dostluq müqaviləsi imzalandı

Fransanın paytaxtı Paris şəhərinin meri Ann Hidalqon Kiyevə gedib və həmkarı Vitali Kliçko ilə şəhərlər arasında dostluq müqaviləsi imzalayıb.

Bu barədə Kiyev meri məlumat verib.

“Mən bu çətin müharibə dövründə Kiyevə səfər etmiş Parisin meri Ann Hidalqo ilə görüşdüm. Həmkarımla biz şəhərlərimiz – Kiyev və Paris arasında dostluq əlaqələrinin qurulması haqqında saziş imzaladıq. Kiyev Paris meriyasına həm Fransada məcburi köçkün vəziyyətinə düşmüş ukraynalılara göstərilən bütün humanitar yardıma, həm də Ukraynaya və onun paytaxtına yardıma görə minnətdardır”,- mer bildirib.

Son xəbərlər
Digər xəbərlər