Kiyevdə martın 15-i saat 20:00-dan 17-si səhər saat 07:00-dək komendant saatı tətbiq ediləcək.
UNIAN xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko “Telegram” hesabında bildirib.
“Hərbi komandanlığın qərarına əsasən, bu gündən, martın 15-i saat 20:00-dan Kiyevdə komendant saatı tətbiq olunacaq. Xüsusi icazələr olmadan şəhərdə hərəkət qadağan edilir. Siz ancaq sığınacağa getmək üçün çıxa bilərsiniz. Komendant saatı martın 17-si səhər saat 07:00-a qədər davam edəcək”, – o qeyd edib.
Şəhər meri sakinləri iki gün evdə qalmağa və ya həyəcan siqnalı verildiyi halda gizlənməyə çağırıb.