Ukraynanın paytaxtı Kiyev şəhərinin nəqliyyat sistemində məhdudiyyətlər tətbiq olunub.
Bunu Kiyev meri Vitali Kliçko öz “Telegram” kanalında yazıb.
Kliçko onu da əlavə edib ki, qərarın verilməsinə səbəb Kiyev şəhərinə Rusiya Silahlı Qüvvələri tərəfindən bu gün səhər saatlarında kamikadze-dronlarla hava hücumlarının təşkil olunmasıdır.