Kiyevdə sakinlərin sayı 20% azalıb

Ukraynanın paytaxtı Kiyevin sakinlərinin sayı müharibədən əvvəlki dövrlə müqayisədə 20% azalıb.

Bu barədə məlumatı Ali Radanın deputatı Yaroslav Jeleznyak açıqlayıb.

Onun sözlərinə görə, müharibədən əvvəl Kiyevdə 3.7 milyon sakin olub: “Cari payıza olan məlumata görə, Kiyevdə 3 milyon əhali var, onlardan 400 mini digər regionlardan məcburi olaraq paytaxta gələnlərdir. Beləliklə, paytaxt sakinlərinin sayı 700 min nəfər azalıb”.

MənbəQafqazinfo
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər