10 C
Baku
Friday, April 18, 2025

“Klarna” ABŞ-də IPO-da ən azı $1 milyard cəlb etməyi planlaşdırır

İsveçin fintex “Klarna Group” ABŞ-də səhmlərin ilkin kütləvi yerləşdirilməsi zamanı ən azı 1 milyard dollar cəlb etməyi planlaşdırır, bu barədə məlumatlı mənbələrə istinadən “Bloomberg” yazır.

“Klarna” IPO qiymətini aprelin əvvəlində təyin etməyi düşünür. Şirkətin 15 milyard dollardan çox qiymətləndiriləcəyi və səhmlərini Nyu-York Fond Birjasında yerləşdiriləcəyi gözlənilir.

Müzakirələr hələ davam edir və IPO-nun təfərrüatları, o cümlədən keçiriləcəyi vaxtı dəyişə bilər. “Klarna” sözçüsü məsələ ilə bağlı şərh verməkdən imtina edib. 2024-cü ilin noyabrında “Klarna” ABŞ-də IPO üçün müraciət edib. Şirkət “Goldman Sachs Group Inc.”, “JPMorgan Chase & Co” da daxil olmaqla təxminən 15 bankın daxil olduğu siyahı üzərində işləyir.

“Klarna” – onlayn alış-veriş, birbaşa və satınalma sonrası ödənişlər kimi onlayn maliyyə xidmətləri göstərən Stokholmda yerləşən fintex şirkətidir. Xidmət həm də müştərilərə partnyor mağazalarda alış-veriş haqqını hissə-hissə ödəməyə imkan verir.

Son xəbərlər
Digər xəbərlər