1 C
Baku
Cümə, Yanvar 21, 2022

KMDF-yə yığılan ianələrin məbləği açıqlandı

“Bu günə kimi Koronavirusla Mübarizəyə Dəstək Fonduna (KMDF) 113 milyon manatdan artıq vəsait toplanıb”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Millət vəkili Ziyad Səmədzadə isə bildirib ki, Azərbaycan koronavirusla bağlı vaxtında tədbirlər görüb:

“Ölkəmiz bu bəladan az itki ilə çıxmalıdır”.

O qeyd edib ki, dünyanın əksər ölkələri pandemiya ilə mübarizə üçün borc istədi, amma Azərbaycan koronavirusa qarşı mübarizə aparmaq üçün Fond yaratdı:

“Azərbaycan hökuməti pandemiyaya qarşı sistemli mübarizə aparır. 11 mindən çox insan Fonda dəstək verdi. Fondun vəsaitləri şəffaf xərclənəcək”.

Son xəbərlər
Oxşar xəbərlər