Denominasiya nədir

    0

    Denominasiya – pul vahidinin dəyərində müəyyən dəyişikliklərin həyata keçirilməsidir.

    Pul mübadiləsi uzun müddət ərzində baş verdiyində, və yaxud mübadilə məhdudiyyətləri tətbiq edildikdə müsadirə islahatı kimi texniki bir prosedur olaraq həyata keçirilə bilər.


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.

    Denominasiya iqtisadiyyatda pulun real dəyərini dəyişir və bununla birlikdə qiymətlərin hesablanmasında, əmək haqlarında, təqaüdlərdə və s. ödənişlərdə dəyişikliklər baş verir.

    Bu zaman milli pul vahidləri yeni banknotlar ilə əvəz edilir, nominalı azaldılır. Bu köhnə pul vahidlərinin rəsmi olaraq yenisi ilə əvəz olunması prosedidir. Bu dəyişikliklər dövlətin pul islahatı adlandırılır.

    Bu pul islahatı bir neçə növə sahibdir:

    1. Restavrasiya(revalvasiya) – milli valyutanın ödəniş qabiliyyətinin artırılması;
    2. Nullifikasiya– köhnə pul vahidinin yenisi ilə əvəz edilməsi;
    3. Devalvasiya– milli valyutanın əcnəbi valyutalara münasibətdə dəyərinin endirilməsidir.

    Valyutanın sabitləşdirilməsi adətən hiperinflyasiyadan sonra baş verir. Hiperinflyasiya nəticəsində şişirdilmiş və məhsul dövriyyəsində möhkəmlənməyən pul kütləsi intensiv olaraq azalır. Bu halda denominasiya qısa müddət ərzində sürətlə baş verir və heç də hamı məhdud şərtlərlə valyuta mübadiləsi etməyi çatdırmır.

    Həmçinin denominasiyanı pul dövriyyəsini nizama salmaq və daha rahat şəkildə etmək üçün də həyata keçirmək mümkündür. Belə bir pul islahatı uzun bir müddət ərzində davam edir və bir neçə il tələb edə bilər.

    Müasir dünyada denominasiyalar bir qayda olaraq böhranlardan sonra baş verib: 1967, 1986 və 1990-cı illərdə Braziliyada, 2005-ci ildə Türkiyədə, 2008-ci ildə Venesuelada. Bundan əlavə, keçmiş SSRİ-nin demək olar ki, bütün ölkələri valyutalarının nominal dəyərində dəyişiklik edib: Ukrayna, Belarusiya, Azərbaycan, Özbəkistan və s.

    Rekord səviyyədə inflyasiya və denominasiya statusu isə Almaniya (1923-cü ilin denominasiyası) və Zimbabveyə (2009-cu il)  məxsusdur. Bu zaman 1 trilyon köhnə pul 1 yeni banknota mübadilə edilirdi.