Earnings Per Share (EPS) nədir?

    0

    Bir səhm başına düşən mənfəətə deyilir, əsas aspektlərindən biri kapitaldır. Bir səhmə düşən mənfəət şirkətin gəlirlilik göstəricilərindən biridir.

    EPS necə hesablanır?


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.

    (xalis mənfəət – imtiyazlı səhmlərə ödənilən dividendlər) / adi səhmlərin orta sayı

    Düsturda hesabat dövrü ərzində buraxılmış adi səhmlərin orta sayından istifadə etməyiniz məqsədəuyğundur, çünki ümumilikdə dövriyyə buraxılmış səhmlərin sayı zamanla dəyişə bilər.

    Hər səhmə əlavə edilmiş gəlir dövriyyəyə buraxılmış səhmlərin sayına konvertasiya edilmiş və ya ödənilməmiş səhmlərin əlavə edilməsi yolu ilə artır.

    Earnings Per Share termininin izahı

    Hər səhm başına düşən mənfəət, bir qayda olaraq, səhm qiymətlərinin müəyyənləşdirilməsində ən vacib dəyişən hesab olunur. EPS həmçinin qiymət/qazanc nisbətinin hesablanmasında istifadə olunan əsas komponentdir. Məsələn, şirkətin xalis mənfəəti 25 milyon dollar olduğunu düşünək. Əgər şirkət imtiyazlı səhmlər üzrə 1 milyon dollar dividend ödəyirsə və ilin birinci yarısında 10 milyon, ikinci yarısında isə 15 milyon qiymətli kağıza sahibdirsə, hər səhm başına düşən mənfəət 1,92 (24 / 12,5) dollar təşkil edəcək. Birincisi, 1 milyon dollar xalis mənfəətdən tutulur, buna görə 24 milyon dollar qalır. Daha sonra isə dövriyyə buraxılmış səhmlərin sayını müəyyən etmək üçün səhmlərin orta çəkili sayı götürülür (0.5 x 10 m + 0.5 x 15M = 12.5M).

    Xalis mənfəətin hesablamaq üçün lazım olan əsas göstəricilərdən biri də kapitaldır. Şirkətlərin bir səhmə düşən mənfəəti eyni ola bilər, lakin onun hesablanması zamanı istifadə edilən kapitalın (investisiyaların) miqdarı fərqli olacaqdır. İstifadə edilən kapitalın həcmi nə qədər az olarsa, şirkət də bir o qədər effektiv və digər müəssisədən daha “yaxşı” olar. İnvestorlar mənfəətin miqdarına təsir edəcək sərfəli manipulyasiyalardan da xəbərdar olmalıdırlar. Hər hansısa maliyyə hadisəsinə sadəcə etibar etmək deyil, ondan təhlil və digər qiymətləndirmələrlə birlikdə istifadə etmək vacibdir.