Effektiv faiz dərəcəsi (Effective interest rate)

    0

    Maliyyə alətinin gözlənilən ömrü və ya uyğun olan zaman, daha qısa dövr ərzində qiymətləndirilmiş gələcək nağd pul ödəmələrini və ya daxilolmalarını maliyyə aktivləri və ya maliyyə öhdəliklərinin xalis balans dəyərinə qədər diskontlaşdıran faiz dərəcəsidir. Effektiv faiz dərəcəsini hesablayan zaman müəssisə, maliyyə alətinin (məsələn, avans ödəmələr, alıcı opsionu və oxşar opsionlar) bütün müqavilə şərtlərini nəzərə almaqla pul vəsaitləri daxilolmalarını qiymətləndirməli, lakin gələcək kredit zərərlərini nəzərə almamalıdır. Effektiv faiz dərəcəsinin hesablanmasına effektiv faiz dərəcəsinin tərkib hissələri olan, müqavilənin tərəfləri arasında ödənilmiş və qəbul edilmiş bütün haqlar və digər məbləğlər, əməliyyat məsrəfləri və bütün digər mükafat və ya güzəştlər daxil edilir. Pul vəsaitləri axını və oxşar maliyyə alətləri qrupunun gözlənilən ömrünün etibarlı qiymətləndirilə bilməsi haqqında fərziyyə mövcuddur. Buna baxmayaraq, pul vəsaitləri axını və ya maliyyə alətinin (maliyyə alətləri qrupunun) gözlənilən ömrünün etibarlı qiymətləndirilməsinin mümkün olmadığı nadir hallarda, müəssisə maliyyə alətinin (maliyyə alətləri qrupunun) müqavilə şərtləri üzrə olan pul vəsaitləri axınını bütün müqavilə müddətinə tətbiq etməlidir.


    Kreditlərin faizlərindən danışan zaman 2 faiz dərəcəsiniz fərqləndirmək lazımdır.


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.

    a) Nominal faiz dərəcəsi
    b) Effektiv faiz dərəcəsi

    Nominal faiz dərəcəsi adətən bankların kredit üçün elan etdiyi faiz dərəcəsidir. Misal üçün illik 30% və s.

    Effektiv faiz dərəcəsi isə müəyyən zaman üçün konkret hesablanmış faizlərin həcmindir. Misal üçün bir misala baxaq. Müştəriyə bank 30%-lə 12 aylıq olmaqla 1000 AZN  kredit verir. Ödəmə cədvəli aşağıdakı kimi olacaq.

    Aylar Əsas məbləğ Faiz Cəmi
    1 83 25 108
    2 83 23 106
    3 83 21 104
    4 83 19 102
    5 83 17 100
    6 83 15 98
    7 83 12 96
    8 83 10 94
    9 83 8 92
    10 83 6 90
    11 83 4 88
    12 83 2 85
    Cəmi ödəniləcək məbləğ 1000 162 1163

     Göründüyü kimi kredit 30% hesablanmışdır. Burada 30% nominal faizdir. Effektiv faiz isə = (162/1000)*100 = 16.2%

    Bəs o zaman aylıq faiz necə hesablanır?  Azərbaycanda 2 metod daha çox istifadə edilir

    a)    Azalan balans metodu
    b)    Annuitet metodu

    Azalan balans metodunun hesablanması çox sadədir.

    ((Kreditin qalıq əsas məbləği*nominal illik faiz)/360 gün )* ödəmə günlərinin sayı (pulun son ödəniş tarixindən bu günə qədər olar müddət)

    Yuxarıdaki misalda birinci ayı hesablayaq. ((1000 AZN*30%)/360)*30 gün = 25 AZN

    Digər məbləğlər üçün ödəniş cədvəlin aşağıdakı linkdəki proqramdan generasiya edə bilərsiniz.

    Annuitet metodu hazırda daha çox istifadə olunduğu üçün onun üzərində daha çox dayanacağıq.

    Annuitet ödənişi və onun hesablanma üsulu

    Annuitet ödənişi – fiziki şəxslərin kreditləşməsi zamanı istifadə olunan ən məşhur ödəniş növüdür. Bu kreditə görə borcların geri qaytarılmasını aylıq bərabər məbləğli ödəniş üsuludur, özündə həm hesablanmış faizi, həm də əsas məbləğ hissəsini əhatə edir. Onun özəlliyi ondadır ki, müddətin əvvəlində faizlərin məbləği daha böyükdür (onlar qabaqcadan ödənilir), əsas məbləğin ödənilən hissəsi isə az olur.

    düs6

    –annuitet ödənişi (bir aylıq)
    Km –kredit məbləği
    Fm –faiz məbləği, aylıq paylar üzrə, məsələn illik nominal faiz dərəcəsi 36% olarsa Fm = 36/12*100%
    n-kreditin götürüldüyü ayların sayı

    Nümunə:

    Kreditin məbləği: 1000
    Illik faiz dərəcəsi: 36%                          ilk aya görə faiz= 1000*0,03 =30
    Komissiya: 50                                        ilk ayın əsas məbləği= 100,46-30=70,46
    Kreditin müddəti (ay):12                      ikinci ayın faizi =(1000-70,46)*0,03=27,89
    Kreditin verilmə tarixi: 29.07.2012      ikinci ayın əsas məbləği=100,46-27,89=72,58
    Kreditin növü: nağd kredit                     üçüncü ayın faizi=(929,54-72,58) *0,03=25,71
    Valyuta: AZN                                          üçüncü ayın əsas məbləği=100,46-25,71=74,75 və bu qayda ilə digər aylarda hesablanır

    dus7

    Ödəniş tarixi

    Ödəniş məbləği

    Əsas borc

    Faiz

    Qalıq məbləğ

    1
    29.08.2011 100,46 70,46 30,00 929,54
    2
    29.09.2011 100,46 72,58 27,89 856,96
    3
    29.10.2011 100,46 74,75 25,71 782,21
    4
    29.11.2011 100,46 77,00 23,47 705,25
    5
    29.12.2011 100,46 79,31 21,16 625,91
    6
    28.01.2012 100,46 81,68 18,78 544,22
    7
    28.02.2012 100,46 84,14 16,33 460,09
    8
    28.03.2012 100,46 86,66 13,80 373,43
    9
    28.04.2012 100,46 89,26 11,20 284,17
    10
    28.05.2012 100,46 91,94 8,53 192,23
    11
    28.06.2012 100,46 94,70 5,77 97,54
    12
    28.07.2012 100,46 97,54 2,93 0,000

      Ümumi ödəniş

    1206

    1000,00

    206, 00

    Effektiv faiz = (206/1000)*100=20,6 %

    Əgər borcalan krediti vaxtından əvvəl ödəmək qərarına gəlsə, belə müəyyən olacaq ki, onun həmin ana qədər ödədiyi məbləğ daha çox faizin silinməsinə sərf olunub, əsas məbləğin isə çox cüzi bir hissəsi ödənilib, yəni borc faktiki olaraq azalmayacaq. Vaxtından əvvəl ödəniş olduqda borcalan tərəfindən qabaqcadan ödənilmiş faizlər bankın asan qazancına çevrilir.

    Bəs bu ödənilmiş faizləri geri qaytarmaq olarmı? Azərbaycan praktikasında belə hallar müşahidə olunmur.

    Banklarımız bunu onunla izah edir ki, kreditin vaxtından qabaq bağlanması bankda likvidlik artıqlığı problemi yaradır. Yəni bank müəyyən bir məbləği 18 aya vermişsə, həmin məbləğin hissə-hissə 18 ay ərzində qayıtması və müvafiq olaraq banka həmin aylara görə gəlir gətirməsi nəzərdə tutulmuşdur. Məbləğin banka vaxtından əvvəl qayıtması isə bankın  həmin məbləği yerləşdirməsi ilə bağlı əlavə xərclər yaradacaq, həm də bank hesablanmış mənfəətdən məhrum olacaqdır. Mövcud vəziyyəti kompensasiya etmək üçün isə banklarımız kreditin gecikdirilməsində olduğu kimi vaxtından əvvəl bağlanması zamanı da cərimə tətbiqinin tərəfdarıdır. Bəzən bu halda əlavə iki ayın faizi də müştəridən alınır, əgər xatırlatsaq anuitetin ilkin aylarında ödəniş tərkibində faiz hissəsi daha çoxdur, onda ödənilən məbləğ gərək ki, bankı razı salsın.

    Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, annuitet daha çox banka sərf edən ödəniş növüdür, yəni hətta cərimə tətbiq olunmasa belə vaxtından əvvəl ödəniş olduqda, bankın faiz itkiləri elə də çox olmur.

    Əslində faiz kredit məbləğindən istifadəyə görə verilən haqdır, yəni müştəri kredit verildiyi andan onu bağladığı ana qədər olan müddətə görə faiz ödəməlidir, əgər müştəri danışılmış müddət ərzindən tez həmin krediti bağlayırsa, onun krediti istifadə etmədiyi müddətə görə haqq ödəməsi düzgün deyil.

    Kreditin (əsas borc və faiz məbləğləri) ödəniş müddəti bank tərəfindən kreditin məqsədindən, növündən, ödəmə mənbəyindən, borcalanın fəaliyyətinin mövsümi/dövri xarakterindən, habelə real pul axınlarının proqnozundan asılı olaraq müəyyən edilir.

    Bankdaxili qaydalara əsasən kreditlərin ödənilməsi müddətlərinin uzadılmasına, qanunvericiliyə uyğun olaraq vaxtından əvvəl ödənişlərin bank tərəfindən tələb edilməsinə dair ümumi şərtlər müəyyən edilməli və kredit müqaviləsində öz əksini tapmalıdır.

    Kredit üzrə ödənişlər annuitet formasında nəzərdə tutulduqda anuitet ödənişlərin vaxtından əvvəl aparılması şərtləri və bu zaman annuitetlərin yenidən hesablanması və ödənilməsi (annuitet ödənişlərin məbləğinin azaldılması və/və ya ödəniş müddətinin qısaldılması) qaydaları müəyyən edilməlidir.

    Bankdaxili qaydalarda ayrı-ayrı kreditlər və onların müxtəlif növləri üzrə faiz dərəcələrini müəyyənləşdirmək üçün istifadə edilən iqtisadi və bazar şərtləri, habelə müxtəlif amillər nəzərdə tutulmalıdır. Banklar kreditlərə tətbiq ediləcək faiz dərəcələrini müəyyənləşdirərkən resursların dəyərini, kreditlərə xidmət xərclərini, ümumi inzibati xərcləri, mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatı və yetərli miqdarda mənfəəti, portfel üzrə itkiləri, eləcə də əlavə komisyon haqlarının tutulub-tutulmamasını nəzərə almalıdırlar.