Equity nədir?

    0
    1. Səhmlər və ya mülkiyyət hüququnu verən hər hansı digər qiymətli kağızlar.
    2. Şirkətin balans hesabatında – sahiblərdən (səhmdarlardan) alınan vəsaitlərin miqdarı, habelə bölüşdürülməmiş mənfəət (və ya zərər). “Xalis dəyər” də deyilir.
    3. Marja ticarəti çərçivəsində – marja hesabındakı qiymətli kağızların dəyəri (Marja hesabı – investorun broker firmasındakı hesabına deyilir, onun köməyi ilə broker krediti hesabına səhmlərin alınması və ya brokerdən alınan səhmlərin satışı əməliyyatı həyata keçirilir).
    4. Daşınmaz əmlak sahəsində – əmlakın cari dəyəri ilə sahibinin borclu olduğu məbləğ arasındakı fərq. Bu, əmlakın sahibinin ipoteka kreditini ödədikdən sonra ala biləcəyi məbləğdir.
    5. İnvestisiya sahəsində – aktivlərin əsas növlərindən biridir. Sabit gəlirli aktivlər (istiqrazlar) və pul/pul ekvivalenti də aktivlərin siniflərinə aid olunur. Risk iştahı və investor portfeli üçün gəlirliliyin strukturunda aktiv bölgüsünün planlaşdırılmasında istifadə olunur.

    Equity termininin izahı

    Terminin mənası kontekstdən asılı olaraq dəyişir. Maliyyə sahəsində bütün borc öhdəlikləri ödənildikdən sonra hər hansısa əmlaka sahib olmaq hüququ ilə əlaqələndirilə bilər. Məsələn, borc öhdəliyi olmayan ev və ya avtomobil sahibinin şəxsi kapitalı hesab olunur, çünki o, bu evi və ya avtomobili asanlıqla nağd pula sata bilər. Səhmlər səhm kapitalı sayılır, çünki onlar şirkətin mülkiyyət payını təmsil edirlər.