Fundamental Analysis nədir?

    0

    İqtisadi, maliyyə və digər keyfiyyət və kəmiyyət amillərini öyrənərək qiymətli kağızların qiymətləndirmə metodudur. Fundamental təhlil qiymətli kağızların dəyərinə təsir göstərə biləcək hər şeyin, o cümlədən makroiqtisadi amillərin (məsələn, bütövlükdə iqtisadiyyatın və onun sahələrinin vəziyyətinin) və şirkətlər əlaqəli amillərin (məsələn, maliyyə vəziyyəti və idarəetməsinin) öyrənilməsini əhatə edir. Fundamental təhlil aparmaqda əsas məqsəd, investorun səhmlərin cari qiyməti ilə müqayisə edə biləcəyi qiyməti əldə etməkdir (qiymət aşağıdırsa – almaq, yuxarıdırsa – satmaq).

    Təhlilin bu metodu texniki təhlilin tərsi hesab olunur.


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.

    Fundamental Analysis termininin izahı

    Fundamental təhlil dedikdə, qiymətli kağızın dəyərini qiymətləndirmək üçün real məlumatlardan istifadə nəzərdə tutulur. Əksər analitiklər səhmlərin qiymətini müəyyən etmək üçün fundamental təhlildən istifadə etsələr də, bu metod istənilən qiymətli kağız növünə tətbiq edilə bilər. Məsələn, investor faiz dərəcələri və iqtisadiyyatın ümumi vəziyyəti kimi iqtisadi amillərə, həmçinin kredit reytinqində mümkün dəyişikliklər kimi istiqrazların emitenti haqqında məlumatlara əsaslanaraq istiqrazların dəyərinin fundamental təhlilini həyata keçirə bilər. Bu metod gəlir, mənfəət, gələcək artım, kapitalın qaytarılması, mənfəət marjası və şirkətin əsas dəyərini və gələcək böyümə potensialını müəyyən edən digər məlumatlar kimi amillərin istifadəsini əhatə edir.

    Ən məşhur və uğurlu fundamental analitiklərdən biri milyarder Warren Buffett-dir.