Libor (LIBOR)

    0

    Libor (LIBOR – London Interbank Offer Rate) – London banklarının öz cari likvidliyini dəstəkləmək üçün bir-birilərinə təqdim etdikləri kredit zamanı istifadə edilən faiz nisbətidir. LIBOR – Böyük Britaniyada banklararası bazarın indikatorlarından biridir. LIBOR dərəcəsi 1984-cü ildən etibarən təyin edilir.

    Hal-hazırda dərəcələrə dair məlumatlar Reuters agentliyi tərəfindən London vaxtı ilə 11:00-da toplanır. Bu göstəricinin təyin edilməsi üçün 16 aparıcı bankın təkliflərindən istifadə olunur. 4 ən yaxşı və 4 ən pis bir kənara ayrılır. Geri qalan 8 məlumat üzrə orta məlumat təyin edilir və günün faiz dərəcəsi bu hesab olunur.


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.

    Faiz dərəcəsi yalnızca 1 sutkalıq deyil, yəni növbəti iş gününün 12:00-na qədər deyil, müəyyən dövrlərə görə də təyin edilir: 1-2 həftə, 1-2 ay və daha sonra 1 il.

    LIBOR bir neçə valyuta üzrə hesablanır: Avstraliya dolları, Danimarka kronu, ABŞ dolları, avro, Kanada dolları, Yeni Zellandiya dolları, funt sterlinq, İsveç kronu, İsveçrə frankı, Yapon yeni. Bununla yanaşı, qeyd etmək lazımdır ki, söhbət məhz olaraq Avropa bazarları üçün faiz dərəcələrindən gedir. Yəni, bu sadəcə ABŞ dolları deyil, Londonda ABŞ dolları borca götürməyin dəyəridir.

    Qaydalara görə, LIBOR dərəcəsi borc bazarında vəziyyətin göstəricisi kimi çıxış edir. Bundan əlavə, adətən üzən faiz dərəcəsi ilə kreditlər verilən zaman ondan baza dərəcəsi olaraq istifadə olunur. Məsələn, LIBOR+3 kredit qarşılığında LIBOR faizi və əlavə 3 faiz ödəniləcək.

    Bundan əlavə, LIBID (London Interbank Bid Rate) dərəcəsi də mövcuddur. London bankları bu dərəcə ilə vəsait cəlb edir. LIBID hər zaman LIBOR dərəcəsindən aşağıdır. Onlar birlikdə cəlbetmə-yerləşdirmə kotirovkasını təşkil edir.

     

    Hazırda LIBOR dərəcələrinə digər dərəcələr də tətbiq edilir. Məsələn, EURIBOR – banklararası kreditin təklifi üçün Avropa dərəcəsi.