Maliyyə levereyci əmsalı (Debt-to-equity ratio)

    0

    Maliyyə levereyci əmsalı (debt-to-equity ratio) – təşkilatın borc və şəxsi kapitalının nisbətinin göstəricisidir. Bu əmsal təşkilatın maliyyə vəziyyətinin ən vacib göstəriciləri qrupuna daxildir. Sözügedən bu qrupa həmçinin mahiyyət baxımından analoji Muxtariyyət əmsalı və Maliyyə asılılığı əmsalı da daxildir. Adətən “Maliyyə levereyci” (Leverage) biznesin maliyyələşməsinə prinsipial yanaşmadan bəhs edərkən daha böyük anlamda istifadə olunur.

    Hesablanma düsturu:


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.

    Maliyyə levereyci əmsalı borc kapitalının şəxsi kapitala nisbəti kimi hesablanır:

     Maliyyə levereyci əmsalı = Öhdəliklər / Şəxsi kapital

    Düsturun komponentləri təşkilatın mühasibat hesabatından əldə edilir. Burada öhdəliklər dedikdə, həm qısamüddətli, həm də uzunmüddətli öhdəliklər nəzərdə tutulur.

    Uzun müddətli öhdəliklərə 1 ildən daha uzun müddətə olan kreditor borcları, 1 ildən daha uzun müddətə olan maliyyə və kredit borcları və digər 1 ildən daha uzun müddətə olan öhdəliklər başa düşülür. Kapital dedikdə isə biznesə qoyulmuş şəxsi sərmayələr və yığılmış mənfəət başa düşülür. Bu əmsal vasitəsilə şirkətin bütün borclarının onun şəxsi kapitalından çox olub olmaması ölçülür. Yəni, şirkətin malik olduğu kapitalın borcları əhatə edib etmədiyini göstərir. Bu əmsal ən çox 100% olmalıdır. Əgər nisbətin dəyəri 100%-dən çoxdursa bu o dəməkdir ki, şirkətin aktivlərinin ən az yarısından çoxu xarici borclanmalar ilə formalaşmışdır. Belə olan halda aktivlər üzərində şirkətin sərmayədarlarından daha çox ona borc verənlər söz sahibidir. Qeyd edildiyi kimi, nisbətin mənası şirkətin kapitalının onun borclarını ödəyəbilmə imkanında olub olmadığı deməkdir.

    Kapitalın strukturunu xarakterizə edən digər analoji əmsallar kimi (Muxtariyyət əmsalı, Maliyyə asılılığı əmsalı) Maliyyə levereyci əmsalının da normativ dəyəri sahədən, təşkilatın miqyasından və hətta istehsalın təşkili yolundan asılıdır. Bu səbəbdən də onu analoji müəssisələrin göstəriciləri ilə müqayisə etmək lazımdır.