Pul dövriyyəsi (Dövriyyə kapitalının dövriyyəsi)

    0

    Pul dövriyyəsi, yaxud dövriyyə kapitalının dövriyyəsi (cash conversion cycle, operating cycle) – onlarla resursların (xammal, material, işçi qüvvəsi) əldə edilməsi anından və hazır məhsulun satılması, onun qarşılığında pul əldə edilməsi anına qədər pul vəsaitlərinin dövriyyə müddətidir. Sözügedən bu müddət günlərlə ifadə edilir və təşkilatın dövriyyə kapitalının idarəedilməsi effektivliyini əks etdirir.

    Hesablanması:


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.

    Pul vəsaitlərinin hərəkət tsikli gün şəklində ifadə olunmuş dövriyyənin üç göstəricisinin cəmi olaraq ifadə edilir: ehtiyatların dönərliliyi, debitor borcların dönərliliyi və borc öhdəliklərinin dönərliliyi:

    Pul dövriyyəsi (günlərdə) = Ehtiyatların dönərliliyi günlərdə + Debitor borcların dönərliliyi – Borc öhdəliklərinin dönərliliyi günlərdə

    Qısa pul tsikli təşkilata cari aktivlərə yatırılmış pul vəsaitlərini tez bir zamanda geri qaytarmağa imkan verir. Tsikl nə qədər azdırsa, təşkilat üçün bir o qədər yaxşıdır. Lakin pul dövriyyəsinin konkret optimal davametmə müddəti sahədən və təşkilatın fəaliyyət xüsusiyyətlərindən əhəmiyyətli dərəcədə asılıdır. Təşkilatın pul dövriyyəsi ilə bağlı mənfi göstəriciyə malik olduğu hallara da rast gəlinir. Məsələn, bu, bazarda çox güclü mövqelərə sahib şirkətlərdə rast gəlinir. Sözügedən bu şirkətlər sahib olduğu həmin mövqelər sayəsində həm alıcılara (öz məhsuluna görə ödəniş müddətini azaldaraq), həm də məhsul təminatçılarına (onlardan ödənişlər bağlı təxirəsalma əldə edərək) diktə edə bilərlər.