Qızıl ehtiyatı

    Qızıl ehtiyatı – ölkə xəzinəsinə və ya Mərkəzi Emissiya Bankına məxsus olan, külçə və kəsilmiş pul şəklində saxlanılan ehtiyat qızıl fondudur.


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.

    Qızıl ehtiyatları sahibkarlıq kateqoriyasına görə dövlət qızıl ehtiyatları, dövlətlərarası maliyyə təşkilatlarını ehtiyatları, məsələn, Beynəlxalq valyuta fondunun, və fərdi ehtiyatlara bölünə bilər.

    Demək olar ki, bütün inkişaf etmiş ölkələrdə dövlət qızıl ehtiyatları mövcuddur. Ən böyük ehtiyat ABŞ-a məxsusdur: 2011-ci ildə bu ehtiyatın həcmi 8 133 tona bərabər idi. Bu böyük həcm İkinci Dünya müharibəsindən sonra Bretton-Vuds sisteminin yaradılması zamanı Avropa qızılının böyük hissəsinin ABŞ-a köçürülməsi ilə əlaqədardır. İkinci pillədə Almaniya (3401 ton), üçüncü pillədə isə İtaliyadır (2451 ton). 2017-ci ilin yanvar ayının 1-ə olan göstəriciyə əsasən, Azərbaycanın 21,9 ton qızıl-valyuta ehtiyatı var.

    Ümumilikdə, Mərkəzi banklar dünyada mövcud olan qızılın təqribən 20%-ni ehtiyat olaraq saxlayırlar.

    Fərdi şəxslərin nə qədər qızıl ehtiyatına malik olduğu dəqiq olaraq məlum deyil. Lakin 1750 ton qızılın qiymətli metallara yatırım üzrə ixtisaslaşmış beynəlxalq investisiya fondlarına məxsus olduğu barədə məlumatlar var.

    Qızıl ehtiyatları – real məhsula yatırımdır. Bu səbəbdən də bu cür əmanətlər inflyasiyaya məruz qalmır. Pulların alıcılıq qabiliyyəti endikdə, valyuta digər aktivlərə nəzərən ucuzlaşdıqda belə, qızılın dəyəri dəyişməz qalır. Digər tərəfdən, qızıl külçələri hücrələrdə “ölü yük” olaraq qalaraq özlüyündə faiz dərəcəsi qazandırmır.

    Qeyd edək ki, qızıl ilə yanaşı, gümüş, platin, palladium kimi digər qiymətli metallar da ehtiyat qismində istifadə oluna bilər.