Vahid məbləğin bugünkü dəyəri (PV)

    Vahid məbləğin bugünkü dəyəri, gələcəkdə bizə vəd edilən pulun bu günki dəyəri haqqında məlumat verən konsepsiyadır. Aşağıdakı düstürla hesablanır:

    PV = FV * (1+ i) -n

    PV – bugünkü dəyər

    FV – gələcək dəyər

    i – faiz dərəcəsi

    n – dövr, müddət

     

    Misal: əgər 5 il sonra bizə 161.051 AZN pul lazımdırsa, bankın faiz dərəcəsinin 10% olduğunu və faizlərin illik hesablandığını nəzərə alsaq, bu gün bizə nə qədər depozit yatırmaq lazımdır:

    FV = 161.051

    i = 10% və ya 0.1

    n = 5

    PV = ?

    PV = 161.051 * (1+ 0.1) -5 = 100

    Bizim haqqında danışdığımız bugünki dəyər faiz illik hesablanmaq şərtilə idi. Bəs faiz rüblük və ya dəvamlı hesablandıqda bugünki dəyər nə cür tapılacaq? Gəlin bunlara tək-tək izah verək:

    Vahid məbləğin bugünki dəyəri (faiz rüblük hesablandıqda)

    Misal: əgər 5 il sonra bizə 161.051 AZN pul lazımdırsa, bankın faiz dərəcəsinin 10% olduğunu və faizlərin rüblük hesablandığını nəzərə alsaq, bu gün bizə nə qədər depozit yatırmaq lazımdır:

    İlk olaraq, müddəti və faizi tapaq. Faizlər rüblük hesablandığı üçün müddət N=5(il)*4(rüb)=20. Bizə verilən faiz illik faiz olduğu üçün rüblük faizimiz I/Y=10%(illik faiz)/4(rüb)=2.5%.

    FV = 161.051

    i = 2.5% və ya 0.025

    n = 20

    PV = ?

    PV = 161.051 * (1+ 0.025) -20 = 98.284

    Vahid məbləğin bugünki dəyəri (faiz davamlı (continious) hesablandıqda)

    Misal: əgər 5 il sonra bizə 161.051 AZN pul lazımdırsa, bankın faiz dərəcəsinin 10% olduğunu və faizlərin davamlı (continious) hesablandığını nəzərə alsaq, bu gün bizə nə qədər depozit yatırmaq lazımdır:

    Faizlərin davamlı (continious) hesablandığı halda bugünki dəyər aşağıdakı düstürla hesablanır:

    PV=FV*e -RT

    PV – bugünkü dəyər

    FV – gələcək dəyər

    R-faiz dərəcəsi

    T-müddətdir

    PV=161.051*e -0.1*5 = 97.682

    Alınan nəticələrdən də görünür ki, faizlərin hesablanma periodu artdıqcan pulun bugünkü dəyəri azalır.

    Ana səhifə