12 C
Baku
Saturday, November 23, 2024

KOBİA: Azərbaycan sahibkarları maliyyə mənbələrinə çıxışda çətinlik çəkir

“Azərbaycanda fəaliyyət göstərən sahibkarla daha çox maliyyə mənbələrinə çıxışda çətinlik çəkir”.

Banker.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

“Sahibkarların fəaliyyətini daha da asanlaşdırmaq üçün onlar arasında qanunvericilik və tənzimləmə istiqamətləri üzrə sorğu keçirilib. Sorğu zamanı iş adamları ən çox üzləşdikləri problem kimi maliyyə mənbələrinə çıxışı göstərib. Sahibkarlar kredit almaq üçün prosedurların sadələşdirilməsini, bankların tələb etdiyi sənədlərin sayının azaldılmasını istəyir. Xüsusilə regionlardakı sahibkarlar belə müraciətlər edir”, – deyə o, qeyd edib.

Son xəbərlər
Digər xəbərlər