-3 C
Baku
Sunday, December 15, 2024

KOBİA “Baker Tilly”ni seçdi

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişaf Agentliyi Publik Hüquqi Şəxsi ilə iki şirkət arasında müqavilə imzalanıb.

Banker.az xəbər verir ki, KOBİA tərəfindən Alüminium folqadan qapaqların istehsalı”, Oğuz rayonunda “Çörək bazarının araşdırılması”, “Fındıq və qurumeyvə batonların istehsalı”, “Kağız məmulatlarının istehsalı”, “Müxtəlif növ texnologiya avadanlıqlarının (şlaqbaum, domofon, kamera, lift idarə edilməsi, jalüz qapısı və təhlükəsizlik sistemlərinin) istehsalı”, “Turizm sektorunda nəqliyyat xidmətləri” üzrə daxili bazar araşdırılmalarına dair xidmət”in satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda “Baker Tilly Audit Azərbaycan” QSC qalib şirkət elan olunub.

2-ci müqavilə isə “Ivy Coast” MMC  ilə imzalanıb. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən “Biznes tətbiqi üçün proqram təminatına dair texniki-iqtisadi əsaslandırmanın hazırlanması xidməti”nin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda “IVY Coast” MMC qalib şirkət elan olunub.

 

Bildirək ki, 2007-ci ilin aprel ayından etibarən Baker Tilly İnternational şəbəkəsinin müstəqil üzvü olaraq 80-ə yaxın əməkdaşın dəstəyi ilə gəlirlərinə və müqavilə sayına görə Azərbaycanda 5 qabaqcıl audit və biznes məsləhət xidməti şirkətləri siyahısındadır.

Son xəbərlər
Digər xəbərlər