10 C
Baku
Thursday, December 12, 2024

KOBİA Bakıda $42 milyona iki tələbə yataqxanasının tikintisi üçün investorlar axtarır

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakıda iki tələbə yataqxanasının tikintisi üçün biznes planlar hazırlayıb, layihələrin ümumi dəyəri -$42 milyon təşkil edir. Bu barədə  hökumətdən məlumat verilib.

“Layihələrdən biri Bakı Dövlət Universitetinin tələbələri üçün yataqxana tiintisi və müvafiq xidmətlıərin göstərilməsini nəzərdə tutur. Bu layihə $32 milyon həcmində qiymətləndirilir. Eyni zamanda, KOBİA “Tik-İstismar et-Təhvil ver” maliyyələşdirmə sxeminin tətbiqi ilə investor cəlb etməyi ümid edir”, – hökumətdən qeyd ediblər.

İkinci layihə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün anakloji yataqxananın tikintisini nəzərdə tutur. Layihə $10 minlyon həcmində qiymətləndirilir. İşlərin maliyyələşdirilməsi də “Tik-İstismar et-Təhvil ver” sxeminin tətbiqi ilə nəzərdə tutulur.

Agentliyin qiymətləndirmələrinə əssaən, hər iki layihənin reallaşdırılması müddəti 2,5 il, xərcin çıxarılması müddəti – 10 il təşkil edir.

İnterfaks-Azərbaycan

Son xəbərlər
Digər xəbərlər