15 C
Baku
Friday, October 18, 2024

KOBİA daxili bazar araşdırması aparacaq şirkətlər seçir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi daxili bazar araşdırmasının aparılması xidmətini təkliflər sorğusu üsulu ilə həyata keçirir

Təkliflər 6 (altı) LOT üzrə aparılır:

LOT 1: “Azərbaycan Respublikasında təhlükəli və təhlükəli tibbi tullantıların zərərsizləşdirilməsi” layihəsi üzrə daxili bazar araşdırmasının aparılması xidməti;

LOT 2: “Mühərriksiz kənd təsərrüfatı aqreqatlarının istehsal potensialının öyrənilməsi” layihəsi üzrə daxili bazar araşdırmasının aparılması xidməti;

LOT 3: “Dizayn-Təmir-Tikinti sahəsi” layihəsi üzrə daxili bazar araşdırmasının aparılması xidməti;

LOT 4: “İT-kiber təhlükəsizlik sahəsi” layihəsi üzrə daxili bazar araşdırmasının aparılması xidməti;

LOT 5: “Balıq məhsullarının istehsalı və satışı” layihəsi üzrə daxili bazar araşdırmasının aparılması xidməti;

LOT 6: “Birdəfəlik karton (əsasən stəkanlar və onlar üçün nəzərdə tutulan qapaqlar) istehlak bazarının öyrənilməsi” layihəsi üzrə daxili bazar araşdırmasının aparılması xidməti.

Maraqlanan malgöndərənlər (podratçılar) (+994 55) 200-01-06 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Təkliflər sorğusunda iştirak etmək istəyənlər sənədləri, tender təklifini və təminatını 22.01.2021-ci il saat 16:00-dək Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Tender komissiyasına təqdim etməlidirlər.

Təkliflər sorğusu prosedurunda təkliflərin açılış tarixi 25.01.2021-ci il saat 16:00-a müəyyən edilmişdir.

Ünvan: AZ 1069, Bakı şəhəri, Mustafa Kamal Atatürk pr., 134.

Son xəbərlər
Digər xəbərlər