18 C
Baku
Saturday, November 2, 2024

KOBİA: “İndiyə qədər tikinti sektoruna 18 milyard manat investisiya yatırılıb”

İndiyə qədər Azərbaycanda tikinti sektoruna 18 milyard manat investisiya yatırılıb.

Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədr müavini Natiq Həsənov Bakıda keçirilən “Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, təmizlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları” mövzusunda konfransda bildirib.

“Bu gün ölkədə kiçik və orta biznesin yaratdığı əlavə dəyərdə tikinti sektoru 3-cü yeri tutur. Ötən ilin göstəricilərinə görə, 15 minə yaxın KOB subyekti bu sektorda fəaliyyət göstərib. Son beş il ərzində tikinti sektoru KOB subyektlərinin dayanıqlı fəaliyyət göstərdiyi 2-ci sahə olub”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər