Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məsləhət xidmətinə görə tədris mərkəzinə 290 min manat vəsait verəcək.
Banker.az xəbər verir ki, Azəbaycan Bank Tədris Mərkəzi (ABTM) Bakı şəhərində Kiçik və Orta Biznesin İnkişafı Mərkəzinin fəaliyyətə başlaması üçün təşkilati işlərin həyata keçirilməsi, Mərkəzdə KOB-lara təlim və seminarların keçirilməsi, habelə məsləhət və dəstək xidmətləri satın alınması xidmətini udub.
Xatırladaq ki, ABTM 2000-ci ildə yaradılıb.