3 C
Baku
Şənbə, Yanvar 29, 2022

KOBİA-nın şirkətinin nizamnamə kapitalı yenidən artırılıb

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus “Birgə İnvest” MMC-nin nizamnamə kapitalı 0,4 milyon manat və yaxud 16% artırılıb.

Şirkətin kapitalı 2,5 milyon manatdan 2,9 milyon manata çatdırılıb.

Xatırladaq ki, “Birgə İnvest” 2019-cu ilin noyabr ayında “Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq” adı ilə yaradılıb, bu ilin aprel ayında rebrendinq edib. Kommersiya qurumu KOBİA-nın dəstəyi ilə reallaşdırılan “Çiçəklənən Abşeron” layihəsinin koordinatorlarından biridir.

Son xəbərlər
Oxşar xəbərlər