12 C
Baku
Çərşənbə, Oktyabr 27, 2021

KOBİA sədri: “Zərgərlik sahəsində tənzimlənmə alətlərinə yenidən baxılmalıdır”

“Azərbaycanda zərgərlik sahəsində tənzimlənmə alətlərinə yenidən baxılmalıdır”.

Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, zərgərlik sahəsində bazar iştirakçıları ilə istehlakçılar arasında etimad mühitinin aşağı səviyyədə olması müşahidə edilir.

O. Məmmədov bildirib ki, qiymətli metalların və daşların əyar göstəricisinin müəyyən edilməsi ilə bağlı nəzarətin mövcud olmaması ortaya müxtəlif problemlər çıxarır: “Bu sahədə qiymətləndirmə təsisatları yaratmaqla nəzarət tədbirlərini gücləndirmək vacibdir”.

©Report

Son xəbərlər
Oxşar xəbərlər