13 C
Baku
Sunday, October 20, 2024

KOBİA sahibkarlar arasında sorğu keçirmək üçün 90 min manat xərcləyəcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Publik Hüquqi Şəxs “Ekvita Consulting” MMC ilə müqavilə imzalayıb.

Banker.az xəbər verir ki, müqavilədə Azərbaycanda KOB subyektləri arasında müxtəlif istiqamətlər üzrə keçirilməsi nəzərdə tutulan sorğu xidmətinin satın alınması nəzərdə tutulub.

Müqavilənin ümumi məbləği 89 min 916 manatdır.

Bildirək ki, “Ekvita Consulting” şirkətinin qanuni təmsilçisi İlqar Mehti Rəşid oğludur və nizamnamə kapitalı 10 000 manatdır.

1999-cu ildə təsis edilən “Ekvita Consulting” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Ak. H.Əliyev ev4/189 ünvanıdır. Məlumata görə “Ekvita Consulting” MMC hüquq, vergi və idarəetmə üzrə tam konsaltinq xidmətləri göstərir.

Son xəbərlər
Digər xəbərlər