28 C
Baku
Saturday, July 27, 2024

KOBİA sahibkarlıq fəaliyyəti ilə bağlı konsaltinq xidmətinə 285 min manatdan çox pul xərcləyəcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Publiik Hüquqi Şəxsi “Odlar Yurdu” Gənclər İctimai Birliyi ilə müqavilə imzalayıb.

Banker.az xəbər verir ki, müqavilədə kənd yerlərində sahibkarlıq fəaliyyətinin təşviqi ilə bağlı konsaltinq xidməti nəzərdə tutulub.

Müqavilənin məbləği 285 min 410 manatdır.

Bildirək ki, KOBİA 2018-ci ilin 26 iyununda yaradılıb. İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

KOBİA ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, onun tənzimlənməsində, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edən, sahibkarlara bir sıra xidmətlər göstərən, dövlət qurumlarının və özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirən və səlahiyyətli qurum kimi çıxış edən publik hüquqi şəxsdir.

 

Son xəbərlər
Digər xəbərlər