11 C
Baku
Friday, October 25, 2024

KOBİA şirkətinin kapitalından 1 milyon manat geri çəkir

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus “Birgə İnvest” MMC nizamnamə kapitalını azaltdığını elan edib.

Banker.az-ın məlumatına görə, “Birgə İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını 4 500 000 manatdan 3 700 000 manata azaldığını elan edir.

Xatırladaq ki, “Birgə İnvest” 2019-cu ilin noyabr ayında “Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq” adı ilə yaradılıb, bu ilin aprel ayında rebrendinq edib. Kommersiya qurumun KOBİA-nın dəstəyi ilə reallaşdırılan “Çiçəklənən Abşeron” layihəsinin koordinatorlarından biridir.

Son xəbərlər
Digər xəbərlər