14 C
Baku
Saturday, November 23, 2024

Koç Holdinq-in səhmlərində önəmli transfer baş tutub

“Temel Ticaret ve Yatırım AŞ” portfelindəki “Koç Holding AŞ” səhmlərini bütünlüklə sahibi olduğu “Family Danışmanlık Gayrimenkul ve Ticaret AŞ”yə transfer edib.

Banker.az xəbər verir ki, Koç Holdinqin əsas ortağı Temel Ticaret tərəfindən KAP-a verilən açıqlamaya görə, Temel Ticarət-in portfelindəki ümumi nominal dəyəri 1 milyard 106 milyon 970 min 208,08 TL (101 milyon 375 min 115.56 AZN) olan A və B qrupu Koç Holdinq səhmləri “Family Danışmanlık Gayrimenkul ve Ticaret AŞ”yə qismən bölünmə yolu ilə təhvil verilib.

Bu çərçivədə “Family Consulting”in Koç Holdinqin kapitalındakı səhmlərinin nominal dəyəri 1 milyard 106 milyon 970 min 208,08 TL-yə (101 milyon 375 min 115.56 AZN), faiz nisbəti 43.65%-ə, səs hüququ nisbəti isə 55.55%-ə çatıb. Temel Ticaretin isə Koç Holdinqdə birbaşa payı qalmayıb.

Alqı-satqı ilə əlaqədar Koç Holdinqin yekun səhm strukturunda dəyişiklik baş verməyib.

 

Son xəbərlər
Digər xəbərlər