4 C
Baku
Tuesday, December 24, 2024

“Koç Holdinq”in 3-cü rübdə xalis mənfəəti 5 dəfəyə yaxın artıb

Koç Holdinq-in üçüncü rübdə xalis mənfəəti əvvəlki ilin eyni dövrünə görə 384% artaraq 19.9 milyard TL-yə (1.07 milyard USD//1.82 milyard AZN) çatıb. Ötən ilin eyni dövründə holdinqin xalis mənfəəti 4.11 milyard TL (220.91 milyon USD//375.5 milyon AZN) olmuşdu.

Banker.az Ttürkiyə mətbuatına istinadən xəbər verir ki, cari ilin üçüncü rübündə Holdinqin satışları 261 milyard TL (14.03 milyard USD//23.85 milyard AZN)olub. 2021-ci ilin üçüncü rübündə isə satışlar 91.7 milyard TL (4.93 milyard USD//8.38 milyard AZN) olmuşdu.

2022-ci ilin ilk 9 ayında Koç Holdinq konsolidə edilmiş əsasda 646.9 milyard TL (34.77 milyard USD//59.11 milyard AZN) ümumi gəlir əldə edib və 24.1 milyard TL (1.3 milyard USD//2.2 milyard AZN) birgə investisiya həyata keçirib.

Koç Holdinq-in Baş icraçı direktoru Levent Çakıroğlu tərəfindən verilən açıqlamada qeyd edilib ki, şirkət qlobal iqtisadiyyatla bağlı qeyri-müəyyənliklərin davam etdiyi ilin üçüncü rübündə investisiyaları və dəyər yaratmağa yönəlmiş biznes yanaşmalarını qətiyyətlə davam etdirib. Açıqlamaya görə, Holdinq son 5 ildə investisiyalara ümumilikdə 72.6 milyard TL (3.9 milyard USD//6.63 milyard AZN) həcmində vəsait ayırıb.

Son xəbərlər
Digər xəbərlər