32 C
Baku
Tuesday, July 16, 2024

Köhnə “Android” versiyalı cihazların internetdən nə vaxt ayrılacağı açıqlandı

“Android” əməliyyat sisteminin köhnə versiyaları ilə çalışan smartfon və planşetlərdən təhlükəsiz saytlara giriş 3 il uzadılacaq.

Bu barədə “Let’s Enscrypt” xəbər verir.

Bir qədər əvvəl “İden Trust” sertifikatlı imzanın fəaliyyət müddəti başa çatdığına görə “Android”in 7.1-dən əvvəlki versiyaları olan cihazlardan əksər saytlara girişin 2021-ci ilin sentyabr ayınadək bağlanacağı açıqlanmışdı. Lakin sonra imza məsələsinə çarə tapıldı, artıq yeni sertifikata keçərkən istifadəçilər hər hansı dəyişiklik hiss etməyəcəklər. Bu, 2024-cü ilədək davam edəcək. O vaxtadək köhnəlmiş smartfonları yenisi ilə əvəz etmək tövsiyə olunur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər