21 C
Baku
Monday, May 20, 2024

Köhnə tikililəri ucuzlaşdıra və dəbdən salacaq “səbəb”

İqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, bazarda hər hansı güzəştin olması trendi dəyişir

Müslüm İbrahimov: “Mənzil bazarında güzəştlərin olması ümumi maraqlara daxildir”

Artıq Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı baş tutub.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, güzəştli mənzillərin satışına başlanması mənzil bazarındakı qiymətlərə təsir edəcək:

muslim
M. İbrahimov

“Bu təsir özünü yeni tikililərdə deyil, əsasən köhnə mənzillərin qiymətində göstərəcək. Bu gün onu nəzərə almalıyıq ki, yığılmış vəsaitlər əsasən mənzil alınması üçün istifadə olunur. Mənzil bazarında güzəştlərin olması ümumi maraqlara daxildir. Bu bazarda hər hansı güzəştin olması trendi dəyişir”.

Prezident İlham Əliyevin 2016-cı il 16 noyabr tarixli Fərmanı ilə Publik hüquqi şəxs olan “MİDA”  sərəncamında olan mənzillərin vətəndaşların güzəştlə əldə etməsi Qaydası” təsdiqlənib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər