İzobiliya adlı belə bir qanun mövcuddur ki, ona əsasən yeni bir şeyin gəlməsi üçün köhnədən xilas olmaq lazımdır. Əks təqdirdə Kainat yenini bəxş etmək üçün həyatınızda yer tapa bilmir.
Çində belə bir deyim və inanc hakimdir: “Köhnə getməyincə, yeni gəlməz”.
Fen-Şui fəlsəfəsinə əsasən köhnə əşyalar (zibil, atılacaq əşyalar) Çi həyat enerjisinin sərbəst şəkildə yayılmasına mənfi təsir göstərir və buna görə də, bu təqdirdə heç bir yeni əşya və yeni həyati dəyişikliklərdən söhbət gedə bilməz.
Daha bir sadə izah: köhnə bir geyimimizi yenidən istifadə etdikdə, uzun müddətdir vurmadığımız ətiri yenidən vurduqda və yaxud keçmişlə bağlı bir mahnını eşitdikdə biz bir anlıq keçmişə qayıdırıq. Köhnə əşyalarla keçmiş xatirələrimiz bir-biri ilə sıx əlaqədədir və bu səbəbdən də onları istifadə etdikdə avtomatik olaraq keçmiş yada salınır. Təbii ki, burada tək emosiyalardan deyil, fikir və düşüncələrdən də gedir. Beləliklə, həyatımızı mənfi fikirlərlə qururuq və istəmədiyimizi əldə edirik.