Köhnə Ələt-Astara avtomobil yolu üzərində yerləşən köhnə körpününün yerində yenisi tikilir.
Yeni körpü Cəlilabad rayonunun Muğan kəndi ərazisindən keçən çay üzərində inşa olunur.
Tikinti işləri ilə əlaqədar olaraq ərazidən keçən avtomobillərin rahat hərəkəti üçün alternativ yol çəkilib.
Qeyd edək ki, sözügedən ərazidə körpünün tikintisi sürətlə davam etdirilir.