12 C
Baku
Thursday, November 14, 2024

Kola içənlər vergi ödəyəcək

ABŞ-da ilk dəfə kola içkisinə görə ayrıca vergi tutulacaq.Məlumata görə, bu yenilik Pensilvaniya ştatının Filadelfiya şəhərində gələn ilin əvvəlindən tətbiq ediləcək.

“Kola vergisi”nin məbləği onun hər litri üçün 0,35 dollar müəyyən edilib. Bu vergini şəkərli və süni yolla dada gətirilən içki növlərinin istehsalçıları ödəyəcək. Yeni verginin yükünün istehlakçıların üzərinə qoyulub-qoyulmamasında şirkətlərə sərbəstlik verilib.

Filadelfiya şəhərinin rəhbərliyi “kola vergisi” hesabına yerli büdcə daxilolmalarını təxminən 90 mln. dollar artırmaq niyyətindədir. Bu məbləğ 1,5 mln.-dan artıq sakinin hesabına təmin ediləcək.

Mütəxəssislər hesab edirlər ki, “kola vergisi”nin tətbiqi bu növ içkiyə marağı azalda bilər, bu isə insanların sağlamlığı üçün çox vacibdir. Hazırda Filadelfiyada yetkinlik yaşına çatmış əhalinin 68%-i, uşaqların isə 48%-i artıq çəkidən, piylənmədən əziyyət çəkir. Bu baxımdan koladan imtina onlar üçün əhəmiyyətlidir.

“Kola vergisi”nin tətbiqinə ABŞ-ın 30-dan çox əyalətində cəhd edilib, amma bu cəhdlər boşa çıxıb. İçki sənayesində böyük payı olan iş adamı Harold Hanikmanın bu verginin tətbiq edilməməsi üçün 1,7 mln. dollar vəsait xərclədiyi bildirilir.

Report

Son xəbərlər
Digər xəbərlər