7 C
Baku
Sunday, December 15, 2024

Kolbasa istehsal edən biznesmen Yavuz Həsənov daha bir şirkət yaradıb

Azərbaycanda kolbasa və sosiska istehsalı ilə məşğul olan Həsənovlar daha bir şirkəti təsis ediblər.

Banker.az bildirir ki, “Hakan Foods Azerbaijan Trading” MMC (VÖEN: 1604866421) təsis edilib və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 25 avqust 2022-ci il tarixdə dövlət qeydiyyatına alınıb.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Babək pr. ev.53A-dır, hansı ki, bu ünvanda “Hakan Foods Azerbaican Trading Co Ltd” MMC adlı şirkət də qeydiyyatdadır.

“Hakan Foods Azerbaican Trading Co Ltd” MMC Azərbaycanda 2001-ci ildən “Kral” markası altında kolbasa, sosiska, servelat, vetçina, mal delikatesi və s. ət məhsulları istehsal edir.

“Hakan Foods Azerbaican Trading Co Ltd” və “Hakan Foods Azerbaijan Trading”in rəhbəri eyni şəxsdir – Yavuz Həsənov Vəli oğlu. O, mediada “Hakan”ların prezidenti kimi təqdim edilir.

Onun qardaşı Yasin Həsənov Vəli oğlu isə “Hakan Qida” MMC-nin direktorudur.

Yeni yaradılan “Hakan Foods Azerbaijan Trading” MMC-nin nizamnamə kapitalı 169 012 manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər