Öz kölgəsinin görünüşündən və izlərindən çox narazı olan bir insan var idi və o, bunların hər ikisindən azad olmağı qərara aldı. Onun tapdığı metod isə bunlardan qaçaraq uzaqlaşmaq oldu. Beləliklə o qaçmağa başladı. Lakin o eləcə ayağını torpağa qoyduğundan arxasıyca izlər qoyurdu və kölgəsi heç bir çətinlik çəkmədən onun ardıyca gedirdi.
O öz uğursuzluğunu kifayət qədər sürətlə qaçmaması ilə əlaqələndirdi. Buna görə də, o dayanmadan daha sürətlə qaçmağa başladı, ta ki, ölüm onu yaxalamadı.
O yalnız bir şeyi başa düşə bilmədi ki, əgər o sadəcə qaranlıqda dayansaydı onun kölgəsi yox olacaqdı və əgər sakit bir yerdə otursaydı onun izləri də olmayacaqdı.