16 C
Baku
Wednesday, April 17, 2024

Kolleclərə ixtisas seçimi bu gün başa çatacaq

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi 7 avqust saat 23:59-dək davam edəcək.

DİM-dən verilən məlumata görə, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

7 avqust saat 09:15-ə olan məlumata əsasən ixtisas seçimi etmiş abituriyentlərin sayı aşağıdakı kimidir:

Azərbaycan bölməsi – 14855; rus bölməsi – 344; cəmi – 15199 nəfər.

Müsabiqəyə qeyd olunan vaxtadək ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər