10 C
Baku
Thursday, December 12, 2024

Kolleclərə imtahanın nəticələri açıqlanıb

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada – portal.edu.az platforması vasitəsilə aparılacaq.

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib. Abituriyentlər müsabiqə nəticələri ilə buradan tanış ola bilərlər.

Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan
abituriyentlərin sayı haqqında ümumi məlumat

Təhsil forması Qəbul planı Qəbul olunub Qəbulolma
    Azərbaycan bölməsi Rus
bölməsi
Bölmələr üzrə cəmi faizi
Dövlət ödənişsiz 4572 4317 182 4499 98.40
Dövlət ödənişli 5958 5510 166 5676 95.27
Özəl 400 375 25 400 100.00
Cəmi 10930 10202 373 10575 96.75

Xüsusi qabiliyyət tələb edən və etməyən ixtisaslar üzrə qəbul olunan
abituriyentlərin sayı haqqında məlumat

Təhsil forması Qəbul planı Qəbul olunub Qəbulolma
    Azərbaycan bölməsi Rus
bölməsi
Bölmələr üzrə cəmi faizi
Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar 9333 8998 291 9289 99.53
Xüsusi qabiliyyət tələb edən ixtisaslar 1597 1204 82 1286 80.53
Cəmi 10930 10202 373 10575 96.75

 

Abituriyentlər 2024-cü il 12 – 20 avqust tarixlərində elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər