25 C
Baku
Monday, April 29, 2024

Kolleclərə qəbul üzrə keçid balları açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrini “Abituriyent” jurnalının xüsusi buraxılışında nəşr edib.

Bu barədə Mərkəzdən məlumat verilib.

Jurnalın bu nömrəsində ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin siyahısı, qəbul olduqları ixtisasların kodları, ixtisaslar üzrə formalaşmış keçid balları və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər